Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı son aralıq nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının səs göstəricisi 50 faizdən aşağı düşüb.
Army.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, iş adamı Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” blokunun nəticələri yüksəlməkdə davam edir və hakim siyasi qüvvə ilə arasındakı fərq getdikcə azalır.
Hazırda seçki bülletenlərinin sayılması prosesi davam edir. MSK yeni məlumatları emal etdiyindən yekun nəticələr hələlik açıqlanmayıb.
