Ermənistan hakimiyyəti Ukrayna ilə “flört edir” və bu, Rusiyada İrəvanın konstruktiv əməkdaşlığa hazır olması ilə bağlı şübhələr yaradır.
Army.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev YouTube platformasında yayımlanan brifinq zamanı bildirib.
“Kiyev rejimi ilə nümayişkaranə yaxınlaşma Ermənistan hakim dairələrinin Rusiya ilə həqiqi müttəfiqlik əməkdaşlığına hazır olması ilə bağlı ciddi şübhələr yaradır”, – deyə Fadeyev qeyd edib.