Ev DünyaPakistanda İmran Xana dəstək aksiyaları: 100-dən çox etirazçı saxlanıldı

Pakistanda İmran Xana dəstək aksiyaları: 100-dən çox etirazçı saxlanıldı

by Baş Redaktor
167 Baxış

Pakistan təhlükəsizlik qüvvələri həbsdə olan keçmiş baş nazir İmran Xanın azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi etiraz aksiyalarını dağıdarkən 100-dən çox nümayişçini saxlayıb.

Army.az xəbər verir ki, müxalif “Ədalət Hərəkatı” Partiyasının çağırışı ilə İmran Xanın həbsinin üçüncü ildönümü münasibətilə ölkənin iri şəhərlərində minlərlə insanın iştirakı ilə etiraz yürüşləri keçirilib.

Aksiyaların dağıdılması zamanı polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib.

Lahor, Mianvali və Ravalpindi şəhərlərində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalar nəticəsində çoxsaylı yaralananların olduğu bildirilir. Yaralananlar arasında aksiyaları işıqlandıran jurnalistlərin də olduğu qeyd olunur.

banner

Əlaqəli Yazılar Xüsusi