Ev DünyaKasparovun mühafizəsi gücləndirilib – “Dayanmayacağam”

Kasparovun mühafizəsi gücləndirilib – “Dayanmayacağam”

by Baş Redaktor
47 Baxış

Şahmat üzrə keçmiş dünya çempionu, rusiyalı müxalifət fəalı Harri Kasparov ABŞ və Litvanın xüsusi xidmət orqanlarından onun təhlükəsizliyi ilə bağlı xəbərdarlıq aldığını bildirib.

Army.az xəbər verir ki, Kasparov və “Free Russia Forum”un həmtəsisçisi İvan Tyutrinə təhlükəsizlik tədbirlərinə ciddi riayət etmələri tövsiyə olunub.

Kasparov məsələ ilə bağlı fikirlərini “The Next Move” nəşrində bölüşüb.

Bundan əvvəl İspaniyanın “El Mundo” qəzeti öz mənbələrinə istinadən Kasparovla yanaşı, digər rusiyalı müxalifətçi İlya Ponomaryovun da ABŞ rəsmiləri tərəfindən xəbərdar edildiyini yazıb. Nəşrin iddiasına görə, Kasparov ABŞ-a köçdükdən sonra ilk dəfə onun mühafizəsi gücləndirilib.

banner

Kasparov isə açıqlamasında fəaliyyətini dayandırmaq və gizlənmək niyyətində olmadığını vurğulayıb: “Dayanmayacağam və gizlənməyəcəyəm. Bunun mümkün olduğuna inansam belə, bunu etməyəcəyəm”.

Əlaqəli Yazılar Xüsusi