Ev Dünya“Qaregin və Köçəryan eyni mövqedədir” – Ermənistanda kilsə rəhbəri ilə bağlı iddia

“Qaregin və Köçəryan eyni mövqedədir” – Ermənistanda kilsə rəhbəri ilə bağlı iddia

by Baş Redaktor
57 Baxış

Erməni ilahiyyatçı Harutyun Harutyunyan II Qareginin Ermənistan Apostol Kilsəsinin rəhbəri vəzifəsinə Robert Köçəryanın hakimiyyəti dövründə gətirildiyini iddia edib.

Army.az xəbər verir ki, Harutyunyan bu barədə “Erməni Apostol Kilsəsinin faktiki rəhbərinin və bir sıra yüksək rütbəli din xadimlərinin fəaliyyəti nəticəsində kilsədə yaranmış böhran və onun həlli yolları haqqında” hesabatdan danışarkən bildirib.

İlahiyyatçı II Qaregini də Rusiya ilə əlaqələrdə olmaqda ittiham edib. O, Qareginin qardaşı Yezrasın Rusiya agenti olması ilə bağlı iddiaların səsləndirildiyini, lakin əsas diqqətin kilsə rəhbərinin özünə yönəldilməli olduğunu deyib.

“Robert Köçəryan və Qaregin eyni mövqedədirlər. Hər ikisi Ermənistanı Rusiyanın təsiri altında saxlamaq istəyir”, – deyə Harutyunyan bildirib.

banner

Onun sözlərinə görə, II Qaregin vəzifədə qaldığı müddətdə mübarizəni davam etdirəcək. Harutyunyan əlavə edib ki, onun vəzifədən uzaqlaşdırılması ilə Ermənistanda yüksək vəzifədə keçmiş KQB əməkdaşlarının qalmayacağını iddia edib.

Əlaqəli Yazılar Xüsusi