49
“Tehranla Vaşinqton arasında mümkün razılaşma üçün İranın şərtləri ABŞ-a çatdırılıb”.
Army.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai deyib.
Rzai qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp qərar qəbul etmək iqtidarında deyil:
“Vaşinqton hərbi qarşıdurmada çıxılmaz vəziyyətə düşərək hava mühasirəsi taktikasına əl atıb. Tramp nə danışıqlar apara, nə də müharibə edə bildiyi bir bataqlıqda ilişib qalıb”.
