Ev Hərbi TexnologiyaTürkiyənin F-35 arzusu gerçəkləşə bilər? Vaşinqtondan yeni mesaj

Türkiyənin F-35 arzusu gerçəkləşə bilər? Vaşinqtondan yeni mesaj

by Baş Redaktor
9 Baxış

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Türkiyənin F-35 “Lightning II” qırıcılarının alınması ilə bağlı prosesdə irəliləyiş əldə olunması üçün Pentaqonla birlikdə işlədiklərini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Vens bildirib ki, bu məsələnin reallaşması üçün ilk növbədə ABŞ qanunvericiliyinin bütün tələblərinə əməl olunması vacibdir.

Onun sözlərinə görə, Vaşinqton hazırda Türkiyənin müəyyən şərtlərə uyğunluğunu qiymətləndirir və hüquqi prosedurların yerinə yetirilməsinə nəzarət edir.

banner

“Qanunvericiliyə uyğunluq baxımından təsdiqlənməli olan bir sıra məsələlər var. Biz bu prosesi diqqətlə izləyirik və bütün tələblərin yerinə yetirildiyinə əmin olmağa çalışırıq. Bu, əsasən Konqresin səlahiyyətlərinə aid məsələdir. Türkiyə ABŞ qanunlarının tələblərinə cavab verərsə, F-35 qırıcılarını əldə edə bilər”, – deyə Vens vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da Türkiyəyə F-35 “Lightning II” qırıcılarının verilməsinin mümkün variantlar arasında olduğunu bildirmişdi. Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında bu məsələyə müsbət yanaşdığını ifadə etmişdi.

Əlaqəli Yazılar Xüsusi