Ev DünyaSEPAH Xamenei ilə bağlı xəbərdarlıq etdi – Məhv edəcəyik

SEPAH Xamenei ilə bağlı xəbərdarlıq etdi – Məhv edəcəyik

by Baş Redaktor
41 Baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini Hüseyn Mərufi ABŞ və İsrailə qarşı sərt bəyanatla çıxış edib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O bildirib ki, bu ölkələr İran ərazisinin heç bir hissəsini ələ keçirmək imkanına malik deyil və belə bir cəhd olacağı təqdirdə ciddi müqavimətlə üzləşəcəklər:

“Hər hansı belə addım atılarsa, həmin ərazi onlar üçün məzara çevriləcək”.

banner

Mərufinin sözlərinə görə, xalqın kütləvi dəstəyi İranın raket imkanlarının, Hörmüz boğazındakı əməliyyatların və quru qüvvələrinin əsas dayaqlarından biridir.

SEPAH nümayəndəsi, həmçinin İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürülməsində iştirak edən şəxslərin məhv ediləcəyini iddia edib.

Əlaqəli Yazılar Xüsusi