Ev DünyaUkraynaya beynəlxalq dəstək genişlənir: Yaponiya da qoşuldu

Ukraynaya beynəlxalq dəstək genişlənir: Yaponiya da qoşuldu

by Baş Redaktor
24 Baxış

Yaponiya Ukraynanın təcili müdafiə ehtiyaclarının təmin edilməsi məqsədilə NATO tərəfindən yaradılan PURL (Ukraynanın Prioritet Ehtiyacları Siyahısı) mexanizminə 14,7 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi ayırıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, bu platforma NATO üzvləri və tərəfdaş ölkələrə Ukrayna üçün vacib hesab olunan, əsasən ABŞ istehsalı olan hərbi təchizatların maliyyələşdirilməsinə imkan yaradır.

Tokio hökuməti bildirib ki, ayrılan vəsait yalnız öldürücü xarakter daşımayan hərbi vasitələrin alınmasına sərf olunacaq. Lakin konkret avadanlıqların hansı sahələri əhatə edəcəyi açıqlanmayıb.

banner

Rəsmilər bu qərarın Yaponiyanın Ukraynaya dəstəyinin davamlılığını göstərdiyini və eyni zamanda NATO ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıblar.

Əlaqəli Yazılar Xüsusi