“ABŞ Prezidenti Donald Tramp NATO-ya tam sadiqdir”.
Army.az xəbər verir ki, bunu Bunu NATO-nun baş katibi Mark Rutte deyib.
O vurğulayıb ki, NATO yalnız Avropa ölkələri üçün deyil, eyni zamanda ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından da mühüm əhəmiyyət daşıyır:
“NATO ABŞ-ın milli maraqlarına xidmət edir. Məsələn, Rusiyanın nüvə sualtı qayıqlarının Atlantik okeanı, Avropa və Arktika istiqamətlərindən ABŞ sahillərinə yaxınlaşmasının qarşısının alınması və ölkənin təhlükəsizliyinin təmin olunması baxımından alyans mühüm rol oynayır”.
