Dünya enerji bazarlarında Azərbaycan mənşəli “Azeri Light” markalı xam neftin qiymətində artım qeydə alınıb.
Army.az xəbər verir ki, son ticarət əməliyyatlarının nəticələrinə əsasən, “Azeri Light” neftinin bir bareli 1,95 dollar və ya 2,65 faiz bahalaşaraq 75,66 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, bu markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də qeydə alınıb və həmin vaxt bir barel 15,81 ABŞ dollarına satılıb. Rekord yüksək qiymət isə 2008-ci ilin iyulunda müşahidə olunub. Həmin dövrdə “Azeri Light” neftinin bir bareli 149,66 ABŞ dollarına çatmışdı.