Dünya enerji bazarlarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində artım qeydə alınıb.
Army.az xəbər verir ki, son göstəricilərə əsasən, Azərbaycan neftinin bir bareli 2,93 ABŞ dolları və ya 2,58 faiz bahalaşaraq 116,41 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, “Azeri Light” markalı neft üzrə ən aşağı qiymət 2020-ci il aprelin 21-də qeydə alınıb. Həmin vaxt bir barelin qiyməti 15,81 ABŞ dolları təşkil edib.
Bu markalı neftin tarixi maksimum qiyməti isə 2008-ci ilin iyul ayında müşahidə olunub. Həmin dövrdə bir barel 149,66 ABŞ dollarına satılıb.
