13
Qlobal bazarlarda qızılın dəyərində nəzərəçarpacaq eniş qeydə alınıb. Qiymətli metalın bir troya unsiyasının qiyməti avqustun 7-dən etibarən ilk dəfə 4 350 dollar həddindən aşağı enib.
Army.az xəbər verir ki, “Comex” birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin dəyəri 3 faizdən artıq azalıb.
Bakı vaxtı ilə saat 05:51-də qızılın bir troya unsiyası 4 343,6 dollara satılıb. Sonrakı dəqiqələrdə ucuzlaşma davam edib və qiymət 4 337,5 dollara qədər geriləyib.