Ev Hərbi XəbərlərRusiya ordusunun gizli emalatxanası üzə çıxdı: 30-dan çox dron yenilənir

Rusiya ordusunun gizli emalatxanası üzə çıxdı: 30-dan çox dron yenilənir

by Baş Redaktor
45 Baxış

Rusiya ordusunun “Şimal” qoşun qruplaşmasına aid emalatxanada ələ keçirilmiş 30-dan artıq pilotsuz uçuş aparatının yenidən cəbhədə istifadə üçün uyğunlaşdırıldığı bildirilib.

Army.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə 11-ci Ordu Korpusunun “Pups” çağırış adlı hərbçisi məlumat verib.

Onun sözlərinə görə, trofey kimi əldə olunan pilotsuz aparatların texniki yenilənməsi həyata keçirilir və onlar ön xəttdə istifadə üçün hazır vəziyyətə gətirilir.

Hərbçi qeyd edib ki, modernləşdirilən dronlar döyüş tapşırıqlarında istifadə olunmaq üçün yenidən qoşun bölmələrinə təhvil verilir.

banner

Əlaqəli Yazılar Xüsusi