“Hizbullah” İsrail ordusunun zirehli texnikası və hərbçilərinə qarşı “First Person View” (FPV) dron hücumlarını artırıb.
Army.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foundation for Defense of Democracies” (FDD) təşkilatının nümayəndəsi Ryan Brobst məlumat verib.
Bildirilir ki, bu cür kiçik və sürətli dronların döyüşlərdə istifadəsinin artması Ukraynadakı müharibədən sonra dünyanın digər münaqişə bölgələrinə də yayılıb:
“Hizbullah” 2024-cü ildən İsrailə qarşı FPV dronlardan istifadə edir, amma son vaxtlar bu hücumlar daha da artıb. İsrail Müdafiə Qüvvələri (IDF) hazırda əvvəlki əməliyyatlarla müqayisədə daha çox hərbçi ilə daha şimal ərazilərdə fəaliyyət göstərir və bu da “Hizbullah” üçün vurula biləcək hədəflərin sayını və yaxınlığını artırır”, – deyə qeyd edib.
