İsrail ordusu ehtiyat hissələri ilə bağlı ciddi çətinliklərlə üzləşir.
Army.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilir ki, zirehli texnikanın təminatı ilə bağlı problem yaranıb.
“Zionist rejim” ordusunda tankların ehtiyat hissələri ilə bağlı kəskin çatışmazlıq müşahidə olunur.
Sıradan çıxmış bəzi tankların digər texnikaların təmiri üçün ehtiyat hissə kimi söküldüyü iddia edilir.
Xüsusilə Merkava tankın 4 və 5-ci modellərində mühərrik və əyləc sistemlərində problemlərin olduğu qeyd olunur.
Məlumata görə, bu nasazlıqların əsas səbəbi kimi tankların artan çəkisi göstərilir, lakin digər texniki problemlərin də hələlik araşdırıldığı bildirilir.
