180
Krım yarımadasında raket təhlükəsi elan edilib.
Army.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Yaltaya hücum etdiyi barədə məlumatlar yayılmışdı. Krımın Rusiya tərəfindən təyin olunmuş hakimiyyət orqanları rus hərbçilərinin hücum zamanı Ukraynaya məxsus pilotsuz dəniz aparatını məhv etdiyini açıqlayıb.
Sosial şəbəkələrdə Yalta sakinləri atəş səsləri eşitdiklərini bildiriblər.
