Ev DünyaSaakaşvili: “Gürcü Arzusu” xarici siyasətdə ciddi dəyişikliklərə hazırlaşır

Saakaşvili: “Gürcü Arzusu” xarici siyasətdə ciddi dəyişikliklərə hazırlaşır

by Baş Redaktor
36 Baxış

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili hakim “Gürcü Arzusu” partiyasının payız aylarında ölkənin xarici siyasətində köklü dəyişikliklərə gətirib çıxara biləcək qərarlar üzərində çalışdığını iddia edib.

Army.az xəbər verir ki, bu barədə “Gürcüstan Online” məlumat yayıb. Saakaşvili sözgedən iddiaları sosial şəbəkə hesabında paylaşaraq məlumatı Gürcüstan rəhbərliyinə yaxın mənbələrdən əldə etdiyini bildirib.

Onun sözlərinə görə, hazırlanan plan çərçivəsində Rusiya ilə diplomatik əlaqələrin bərpası, Abxaziya və Cənubi Osetiya ilə bağlı güc tətbiqindən imtina barədə razılaşmaların imzalanması nəzərdə tutula bilər.

Saakaşvili həmçinin Abxaziya dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması və Gürcüstanın neytral statusunu elan etməsinin mümkün addımlar sırasında olduğunu qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi