Ev DünyaHakan Fidandan NATO-ya irad: Türkiyənin təhlükəsizliyi təmin edilməyib

Hakan Fidandan NATO-ya irad: Türkiyənin təhlükəsizliyi təmin edilməyib

by Baş Redaktor
16 Baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Yaxın Şərq istiqamətindən gələn təhlükələr qarşısında Ankaranın təhlükəsizlik ehtiyaclarını tam qarşılamadığını bildirib.

Army.az xəbər verir ki, nazir bu barədə açıqlamasında Türkiyənin alyansdakı mövqeyinə və regional təhlükəsizlik məsələlərinə toxunub.

Fidanın sözlərinə görə, Türkiyə NATO-nun əsas üzvlərindən biri olsa da, Avropa üçün formalaşdırılan təhlükəsizlik sistemi Yaxın Şərqdən qaynaqlanan risklərdən ölkəni qorumaq baxımından yetərli olmayıb:

“Türkiyə NATO-nun mühüm üzvüdür. Amma NATO-nun Avropada yaratdığı təhlükəsizlik arxitekturası Yaxın Şərqdə təhlükəsizliyimizi təmin etməyib. Biz uzun illər Suriya və İraqdan qaynaqlanan təhdidlərlə üz-üzə qalmışıq”.

banner

Türkiyəli nazir əlavə edib ki, regiondan qaynaqlanan təhlükələrin yenidən gündəmə gəlməsi ehtimalı mövcuddur.

Onun fikrincə, Avropanın təhlükəsizlik sistemi uzun müddət NATO-nun fəaliyyəti üzərində qurulsa da, Türkiyənin coğrafi mövqeyi və üzləşdiyi risklər daha geniş regional yanaşmanı zəruri edir.

Əlaqəli Yazılar Xüsusi