Ev DünyaTürkiyənin xarici borcu rekord həddə çatdı – 549 milyard dolları keçdi

Türkiyənin xarici borcu rekord həddə çatdı – 549 milyard dolları keçdi

by Baş Redaktor
20 Baxış

Türkiyənin xarici borc öhdəlikləri 2026-cı ilin üçüncü rübündə tarixi maksimuma yüksələrək 549,2 milyard dollara çatıb.

Army.az xəbər verir ki, bu göstərici əvvəlki rüblə müqayisədə 1,4 faiz çoxdur.

Hesabat dövründə qısamüddətli xarici borcun həcmi 1,5 faiz artaraq 173,1 milyard dollara, uzunmüddətli öhdəliklər isə 1,4 faiz yüksələrək 376,1 milyard dollara çatıb.

Borclanmanın sektorlar üzrə bölgüsünə gəldikdə, dövlət sektorunun xarici öhdəlikləri 1,2 faiz artımla 203,8 milyard dollar təşkil edib. Özəl sektorun borcu 1,7 faiz yüksələrək 322,2 milyard dollara çatıb.

banner

Türkiyə Respublikası Mərkəzi Bankının xarici öhdəliklərində də artım qeydə alınıb. Belə ki, bu göstərici əvvəlki rüblə müqayisədə 0,5 faiz yüksələrək 23,2 milyard dollar olub.

Əlaqəli Yazılar Xüsusi