Ev Hərbi XəbərlərZelenskidən Vaşinqtona yeni təklif: ABŞ hərbçiləri Ukraynada yerləşdirilsin

Zelenskidən Vaşinqtona yeni təklif: ABŞ hərbçiləri Ukraynada yerləşdirilsin

by Baş Redaktor
13 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində ABŞ-a məxsus hərbi bazaların yaradılmasının tərəfdarı olduğunu bir daha açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ukrayna lideri bildirib ki, Kiyev etibar etdiyi Vaşinqtonla hərbi əməkdaşlığın daha da genişləndirilməsində və ABŞ hərbi infrastrukturunun Ukrayna ərazisində yerləşdirilməsində maraqlıdır.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar NATO üzvü olmayan Yaxın Şərq dövlətlərində hərbi obyektlər saxladığı kimi, Ukraynada da analoji addım ata bilər.

banner

Zelenski hesab edir ki, ABŞ hərbi bazalarının Ukraynada yerləşdirilməsi ölkəyə veriləcək təhlükəsizlik təminatlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

O, xüsusilə NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqinə toxunaraq, ABŞ-ın hərbi mövcudluğu olmadan bu təminatların tam şəkildə həyata keçiriləcəyinə əmin olmadığını bildirib.

Əlaqəli Yazılar Xüsusi