Ev Hərbi XəbərlərTrampdan sərt mesaj: ABŞ hərbçiləri hədəf alınsa, İranı vuracağıq

Trampdan sərt mesaj: ABŞ hərbçiləri hədəf alınsa, İranı vuracağıq

by Baş Redaktor
42 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi gərginliyin artması ehtimalını istisna etmir.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilir ki, Tramp yaxın çevrəsi ilə apardığı qapalı müzakirələrdə ABŞ hərbçilərinin Yaxın Şərqdə hədəfə alınacağı təqdirdə Vaşinqtonun daha sərt addımlar ata biləcəyini deyib. Bu halda hətta atəşkəs rejimindən imtina olunması da mümkün variant kimi qiymətləndirilir.

Mənbələrin iddiasına görə, Tramp administrasiyası genişmiqyaslı qarşıdurmadan yayınmaq üçün müəyyən dövri və məhdud toqquşmalara dözümlü yanaşmanı da nəzərdən keçirir. Lakin ABŞ hərbçilərinin itkisi halında cavabın kəskin şəkildə dəyişəcəyi vurğulanır.

banner

Məlumatda qeyd olunur ki, Ağ Ev rəhbərliyi Yaxın Şərqdə eskalasiyanın nəzarətdən çıxmaması üçün balanslı, lakin sərt reaksiya xətti üzərində dayanır.

Əlaqəli Yazılar Xüsusi