Ev DünyaPeskov: Putin və Trampın Çinə səfərlərinin mərasimlərini müqayisə etmək mənasızdır

Peskov: Putin və Trampın Çinə səfərlərinin mərasimlərini müqayisə etmək mənasızdır

by Baş Redaktor
31 Baxış

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Çinə səfərləri zamanı keçirilən rəsmi mərasimləri müqayisə etmək düzgün yanaşma deyil.

Army.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, qeyd edib ki, belə səfərlərdə əsas dəyər protokol və mərasimlərdə deyil, aparılan danışıqların məzmunundadır:

“Müqayisə etmək lazımdırsa, məzmun müqayisə olunmalıdır. Bu isə həmişə asan olmur, çünki hər şey açıq şəkildə görünmür. Amma əsas dəyər məhz məzmundadır, yoxsa mərasim atributlarında deyil”.

banner

Kreml rəsmisi əlavə edib ki, Şərq ölkələrində, o cümlədən Rusiyada da mərasimlərin öz xüsusi əhəmiyyəti var. Lakin əsas diqqət yenə də danışıqların mahiyyətinə yönəlir.

Əlaqəli Yazılar Xüsusi