Yeni hesabatda Böyük Britaniya ordusunun 2027-ci ildə zirehli döyüş texnikası sahəsində ciddi imkan boşluğu ilə qarşılaşa biləcəyi bildirilib.
Army.az xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.
“878 Institute” analitik mərkəzinin hazırladığı “Britaniyanın hərbi çəkindirmə imkanlarındakı boşluqlar” adlı hesabatda hökumətə “Warrior” piyadaların döyüş maşınlarının istismardan çıxarılması planının dayandırılması və onların modernləşdirilməsi proqramının yenidən bərpa edilməsi tövsiyə olunub.
Hesabatda qeyd edilir ki, əvvəllər ləğv edilmiş “Warrior Capability Programme” çərçivəsində 380 ədəd “Warrior” zirehli maşınının yeni döyüş modulu və 40 mm-lik topla təchiz edilməsi planlaşdırılırdı. Modernləşdirmə proqramı həyata keçirilsəydi, bu texnikanın istismar müddəti 2040-cı ildən sonraya qədər uzadıla bilərdi.
