46
“Amerikalı tərəfdaşların prosesə cəlb olunması ilə bağlı danışıqlar istiqaməti hazırda fasilədədir”.
Army.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin avqust ayında Kiyevə səfər edə biləcəyi barədə məlumat yayılmışdı.
Onların mümkün səfəri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşündən sonra gündəmə gəlib.
