Ev DünyaKTMT-dən Ermənistanla bağlı qərar : 25-ci maddə müzakirəyə çıxarıla bilər

KTMT-dən Ermənistanla bağlı qərar : 25-ci maddə müzakirəyə çıxarıla bilər

by Baş Redaktor
54 Baxış

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası noyabrın 11-də Moskvada keçiriləcək iclasında təşkilatın nizamnaməsinin 25-ci maddəsinin Ermənistana münasibətdə tətbiqi məsələsini müzakirə edə bilər.

Army.az xəbər verir ki, bu barədə KTMT-də Rusiyanın daimi nümayəndəsi Viktor Vasilyev məlumat verib.

O qeyd edib ki, belə bir qərar yalnız təşkilata üzv ölkələrin konsensusu əsasında qəbul edilə bilər.

Vasilyevin sözlərinə görə, Ermənistanla KTMT arasında hər hansı münaqişə mövcud deyil:

banner

“Əlbəttə, biz Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərinin qorunub saxlanılmasında maraqlıyıq. Bunu xalqlarımızın həyatlarının və talelərinin əsrlər boyu davam edən qarşılıqlı əlaqəsini nəzərə alaraq deyirik. KTMT-nin digər üzv dövlətlərinin də Ermənistanla münasibətlərinin öz tarixi və maraqları var”.

Əlaqəli Yazılar Xüsusi