Ev GündəmHarutyunyan: “Rusiyanın strateji məğlubiyyəti Ermənistandan başlayacaq”

Harutyunyan: “Rusiyanın strateji məğlubiyyəti Ermənistandan başlayacaq”

by Baş Redaktor
147 Baxış

Ermənistanın keçmiş Baş naziri və parlamentin sabiq sədri Xosrov Harutyunyan Rusiyanın strateji məğlubiyyətinin Ukraynada deyil, Ermənistanda başlayacağını iddia edib.

Army.az xəbər verir ki, o, Rusiya ilə Ermənistan arasındakı münasibətlərin təsadüfi deyil, ortaq təhlükəsizlik maraqlarına əsaslandığını bildirib.

“Rusiyalı həmkarlarıma deyirəm ki, sizə elə gəlir strateji məğlubiyyətiniz Ukraynadan başlayacaq. Amma siz çox ciddi yanılırsınız. Bu, Ermənistandan başlayacaq”, – deyə Harutyunyan vurğulayıb.

Keçmiş baş nazirin sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı münasibətlər strateji xarakter daşıyır və bunun əsas səbəbi hər iki ölkənin eyni təhlükəsizlik çağırışları ilə üzləşdiyini düşünməsidir:

banner

“Rusiya ilə Ermənistan arasındakı münasibətlər niyə strateji xarakter daşıyır? Çünki hər iki dövlət üçün təhlükəsizlik çağırışları eynidir: Türkiyə və Azərbaycan. İndi onlar Türkiyə ilə nə qədər yaxın münasibətlər nümayiş etdirsələr də, bu reallıq dəyişmir”.

Əlaqəli Yazılar Xüsusi