Ev DünyaRusiya Gürcüstanla bağlı hərəkətə keçdi – xüsusi nümayəndə ilə əlaqə yaradıldı

Rusiya Gürcüstanla bağlı hərəkətə keçdi – xüsusi nümayəndə ilə əlaqə yaradıldı

by Baş Redaktor
61 Baxış

Rusiya Gürcüstanla diplomatik təmasları bərpa etmək istiqamətində addım atıb. Moskva Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə əlaqə yaradıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yerli mediaya açıqlamasında bildirilib.

Nazirliyin məlumatına görə, Rusiya tərəfdən Zurabaşvili ilə danışıqları xarici işlər nazirinin müavini, Cənubi Qafqaz məsələlərinə kuratorluq edən Mixail Qaluzin aparacaq.

Açıqlamada vurğulanıb ki, Moskva Tbilisi ilə praqmatik və qarşılıqlı faydaya əsaslanan münasibətlərin qurulmasında maraqlıdır.

banner

Rusiya XİN bu təmasların iki ölkə arasında dialoqun yenidən canlanmasına işarə etdiyini qeyd edib.

Əlaqəli Yazılar Xüsusi