Ev DünyaTramp: İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür

Tramp: İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür

by Baş Redaktor
14 Baxış

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini Vaşinqtonla danışıqları inkar etdiyinə görə ikiüzlü adlandırıb.

Army.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür! Onlar görüş istəyirlər, bəziləri hətta “yalvarırmış” kimi danışır. Danışıqlar başlayır və yaxın gələcəkdə daha çox görüş planlaşdırılır. Eyni zamanda açıq şəkildə bildirirlər ki, heç bir müzakirə yoxdur və onlar yalnız Omanla məşğuldurlar”, – deyə Tramp yazıb.

ABŞ liderinin sözlərinə görə, yaxın vaxtlarda İranla yeni məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

banner

Trampın bu açıqlaması fonunda İran tərəfi Vaşinqtonla birbaşa dialoqun aparılması barədə iddiaları rədd edir və yalnız Oman vasitəsilə təmasların olduğunu bildirir.

Əlaqəli Yazılar Xüsusi