Ev DünyaZelenski Trampla görüşəcək -AÇIQLADI

Zelenski Trampla görüşəcək -AÇIQLADI

by Baş Redaktor
10 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb. O bildirib ki, tərəflər Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində mühüm nəticələrə səbəb ola biləcək görüş keçirmək barədə razılığa gəliblər.

Army.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, görüş gələn həftə BMT Baş Assambleyasının toplantısı çərçivəsində hər iki liderin Nyu-Yorkda olacağı vaxt baş tuta bilər.

Ukrayna Prezidenti “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada görüşün “çox şeyi dəyişə biləcəyini” vurğulayıb və hazırda diplomatik təmaslarda dinamikanın olduğunu qeyd edib.

Əlaqəli Yazılar Xüsusi