Ev DünyaNetanyahudan İrana sərt mesaj: “Yeganə həll yolu rejimin devrilməsidir”

Netanyahudan İrana sərt mesaj: “Yeganə həll yolu rejimin devrilməsidir”

by Baş Redaktor
29 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı problemin həlli üçün Tehrandakı hakim rejimin devrilməli olduğunu iddia edib.

Army.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısı açıqlamasında bildirib.

Netanyahu İranı Hitler Almaniyası ilə müqayisə edərək İkinci Dünya müharibəsi zamanı müttəfiqlərin nasist rejiminə qarşı apardığı mübarizəni xatırladıb. Onun fikrincə, İranla bağlı vəziyyətdən çıxış yolu da hakimiyyətin dəyişməsindən keçir:

“Belə qənaətə gəldim ki, burada təsəvvür edilə bilən yeganə həll yolu, şübhəsiz ki, bu fanatik rejimin devrilməsidir. Vaxtilə müttəfiqlərin gedib nasist rejimini məhv etməsi kimi”.

banner

Əlaqəli Yazılar Xüsusi