Ev DünyaTrampın nümayəndələrinin Kiyev və Moskvaya səfəri təxirə salındı

Trampın nümayəndələrinin Kiyev və Moskvaya səfəri təxirə salındı

by Baş Redaktor
89 Baxış

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni Cared Kuşnerin Kiyev və Moskvaya planlaşdırılan səfərləri təxirə salınıb.

Army.az xəbər verir ki, TASS-ın məlumatına görə, tərəflərin avqustun sonunadək səfərləri reallaşdırması ehtimalı hazırda aşağı qiymətləndirilir.

Səfərlərin təxirə salınmasına konkret səbəblərin nədən ibarət olduğu açıqlanmayıb.

Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin ABŞ nümayəndələrini qəbul etməyə hazırdır.

banner

Beləliklə, Moskva ilə Vaşinqton arasında planlaşdırılan təmasların taleyi hələlik qeyri-müəyyən olaraq qalır.

Əlaqəli Yazılar Xüsusi