Ev DünyaPaşinyan hakimiyyətindən diqqətçəkən Aİİ açıqlaması – Son qərar nədir?

Paşinyan hakimiyyətindən diqqətçəkən Aİİ açıqlaması – Son qərar nədir?

by Baş Redaktor
42 Baxış

Ermənistan hakimiyyəti ölkənin gələcəkdə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq ehtimalını istisna etməyib.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazir müavini Mher Qriqoryan TASS agentliyinə açıqlamasında danışıb.

O bildirib ki, İrəvan həm Avropa İttifaqında, həm də Aİİ-də eyni vaxtda tam şəkildə iştirak etməyin mümkün olmadığını anlayır.

Qriqoryanın sözlərinə görə, belə bir zərurət yarandığı halda yekun qərarı Ermənistan vətəndaşları verəcək.

banner

Bununla yanaşı, o vurğulayıb ki, Ermənistan hazırda Aİİ-nin tamhüquqlu üzvüdür və təşkilat çərçivəsində bütün müzakirə və qərarqəbuletmə proseslərində aktiv iştirak edir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin İrəvanın Avropa İttifaqı və Aİİ arasında seçim məsələsinə mümkün qədər tez aydınlıq gətirməsinin vacib olduğunu bildirmişdi. Putin qeyd etmişdi ki, bu halda tərəflər arasında “mədəni ayrılıq” variantı mümkün ola bilər.

Əlaqəli Yazılar Xüsusi