Ev DünyaKallas: Rusiya Qərbi qorxutmağa çalışır

Kallas: Rusiya Qərbi qorxutmağa çalışır

by Baş Redaktor
31 Baxış

Avropa Rusiyanın təhdidlərinə boyun əyməməli, əksinə, Ukraynaya siyasi və digər dəstəklərini daha da artırmalıdır.

Army.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Kallas Ukrayna-Polşa sərhədi yaxınlığında qatarın hücuma məruz qalmasını şərh edərkən hadisənin Qərbə yönəlmiş mesaj olduğunu deyib. Onun sözlərinə görə, məqsəd Qərb ölkələrində qorxu yaratmaq, onların Ukraynaya dəstəyini zəiflətmək və bu ölkəyə səfərlərin qarşısını almaqdır.

Aİ rəsmisi hesab edir ki, hazırda əsas məsələ Avropanın bu hadisədən hansı nəticəni çıxaracağıdır. O, ölkələri Rusiyanın təzyiqi qarşısında geri addım atmamağa çağırıb.

banner

“Biz bunun əksini etməliyik. Ukraynanın yanında olduğumuzu və qorxmadığımızı nümayiş etdirməliyik”, – Kallas vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi