Ev Hərbi XəbərlərZelenskidən Trampa mesaj: “Bunları müzakirə etmək niyyətindəyəm”

Zelenskidən Trampa mesaj: “Bunları müzakirə etmək niyyətindəyəm”

by Baş Redaktor
16 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda görüşmək niyyətində olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna liderinin sözlərinə görə, mümkün görüş zamanı əsas müzakirə mövzularından biri dəniz və enerji sahələrində atəşkəsin təmin edilməsi olacaq.

Zelenski bildirib ki, sözügedən məsələ ilə bağlı artıq Trampla fikir mübadiləsi aparıb. O qeyd edib ki, planlar uyğun gələrsə və Nyu-Yorka səfəri reallaşarsa, sentyabrın 20-23-də ABŞ Prezidenti ilə bu istiqamətdə danışıqlar aparmağı düşünür.

banner

Ukrayna Prezidenti Rusiyanın tammiqyaslı atəşkəsə razı olmadığı halda, ən azı enerji və taxıl məsələləri üzrə razılaşmanın əldə edilməsinin mümkünlüyünü vurğulayıb:

“Bu istiqaməti çox sayda ölkə dəstəkləyir”.

Əlaqəli Yazılar Xüsusi