Bolqarıstan ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarını dəstəkləmək məqsədilə ölkədə yanacaqdaşıyan hərbi təyyarələr yerləşdirmək barədə müraciətini nəzərdən keçirəcək.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Sofiya ABŞ-a məxsus 8-ə qədər yanacaqdaşıyan təyyarənin Bezmer hərbi bazasında yerləşdirilməsinə parlamentin razılığını almaq üçün müraciət etməyi planlaşdırır.
Bu addım daha əvvəl ABŞ təyyarələrinin Sofiya yaxınlığındakı mülki hava limanında parlamentin razılığı olmadan yerləşdirilməsi ilə bağlı yaranan qalmaqaldan sonra gündəmə gəlib.
ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda belə bir müraciətin edilməsi Vaşinqtonun regiondakı hərbi əməliyyatlarını dəstəkləmək məqsədi daşıyır.
