Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevə endirilən kütləvi zərbələrdən sonra ABŞ və Avropa ölkələrindən hava hücumundan müdafiə sistemləri üçün daha çox raket göndərilməsini istədiyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyevdə hərbi obyektlərə güclü zərbələr endirildiyini açıqlamışdı.
Bildirilir ki, bu hücum “xüsusi hərbi əməliyyat”ın başlanmasından bəri şəhərə ballistik raketlərin iştirakı ilə həyata keçirilən ən genişmiqyaslı hücum olub.
