Rusiyanın yaz-yay hücum əməliyyatları əhəmiyyətli operativ nəticələr verməyib və planlaşdırılan məqsədlərə çatmayıb.
Army.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Analitiklərin qiymətləndirməsinə görə, Rusiya ordusu 2026-cı ilin iyul ayında cəmi 37,85 kvadratkilometr ərazi irəliləyə bilib. Bu isə orta hesabla gündə 1,22 kvadratkilometr deməkdir.
ISW bildirir ki, iyul ayında Rusiya qüvvələrinin nəzarətə götürdüyü ərazi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə az olub.
Hesabatda qeyd olunur ki, Rusiya ordusunun cüzi ərazi irəliləyişləri böyük canlı qüvvə itkiləri hesabına əldə olunub və bu, yay hücumunun gözlənilən operativ nəticələri vermədiyini göstərir.
