Ev DünyaPaşinyan: “Hökumət istefaya gedir”

Paşinyan: “Hökumət istefaya gedir”

by Baş Redaktor
23 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verdiyini açıqlayıb.

Army.az xəbər verir ki, o, bu barədə Telegram kanalında paylaşım edib.

Paşinyan bildirib ki, Ermənistan Konstitusiyasına uyğun olaraq, yeni çağırış Milli Assambleyanın ilk sessiyasının ilk günündə baş nazirin rəhbərlik etdiyi hökumət istefaya gedir.

Qeyd edək ki, söhbət Konstitusiyanın nəzərdə tutduğu prosedurdan gedir. Yeni parlament fəaliyyətə başladıqdan sonra hökumət istefa verir və yeni hökumət formalaşdırılanadək əvvəlki hökumət adətən öz səlahiyyətlərini icra edən statusda fəaliyyətini davam etdirir.

banner

Əlaqəli Yazılar Xüsusi