43
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson qatarla bağlı insidentdən sonra Ukraynaya dəstəyin artırılmasına çağırıb.
Army.az xəbər verir ki, o, bu bəyanatı özünün X (əvvəlki Twitter) hesabında verib.
Keçmiş Baş nazir Kiyevin müttəfiqlərinin zəruri hava hücumundan müdafiə sistemlərini nə vaxt təmin edəcəyi məsələsini qaldırıb.
O, həmçinin Aİ ölkələrinin dondurulmuş Rusiya aktivlərini müsadirə edərək Ukraynanın ehtiyaclarını ödəmək üçün istifadə etməli olduğunu bildirib. Siyasətçi əlavə edib ki, Böyük Britaniya bu məsələdə digər dövlətlər üçün "nümunə ola bilər":
"Belçikadakı bir bank hesabında 140 milyard avrodan çox, Londonda isə təxminən 10 milyard funt-sterlinq vəsait var".