Ev DünyaErmənistanda keçmiş məmurların silahları müsadirə ediləcək? – Səbəb açıqlandı

Ermənistanda keçmiş məmurların silahları müsadirə ediləcək? – Səbəb açıqlandı

by Baş Redaktor
43 Baxış

Ermənistanda keçmiş yüksəkvəzifəli şəxslərin əlində olan silahların mümkün qədər çoxunun dövlət tərəfindən müsadirə ediləcək.

Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, söhbət yalnız qanunsuz silahlardan getmir. Qanuni əsaslarla əldə edilən və rəsmi qeydiyyata alınan silahların da bu prosesə daxildir.

Məlumata əsasən, Ermənistan Daxili İşlər Nazirliyi sabiq məmurlara qarşı tələblər irəli sürərək onların müxtəlif yollarla əldə etdikləri silahları dövlətə təhvil verməsini istəyir. Buraya hədiyyə və ya mükafat kimi təqdim edilən, eləcə də birbaşa satın alınan silahların daxil olduğu qeyd edilir.

banner

İddialara görə, hüquq-mühafizə orqanları keçmiş məmurların aktivləri və əmlakları ilə bağlı aparılan araşdırmaların fonunda mümkün qarşıdurmalardan narahatdır.

Əlaqəli Yazılar Xüsusi