Ev DünyaNetanyahu: “İran oğullarımdan birini öldürməyə cəhd edib”

Netanyahu: “İran oğullarımdan birini öldürməyə cəhd edib”

by Baş Redaktor
14 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu İranın onun oğullarından birinə qarşı sui-qəsd cəhdi həyata keçirməyə çalışdığını iddia edib.

Army.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Baş nazir bildirib ki, İran onun oğullarından birini birbaşa hədəfə alıb və onu öldürməyə cəhd göstərib.

“İran oğullarımdan birini hədəfə almışdı. Onu öldürməyə cəhd edib”, – deyə Netanyahu bildirib.

banner

İsrail hökumətinin başçısı bu səbəbdən ailə üzvlərinə ayrılan mühafizənin zərurət olduğunu vurğulayıb və onların təhlükəsizliyinin təmin edilməsini “lüks” deyil, vacib tədbir kimi qiymətləndirib.

Əlaqəli Yazılar Xüsusi