İran və ABŞ arasında qarşıdurmanın yenidən kəskinləşdiyi bir vaxtda Tehrandan Vaşinqtona sərt mesaj gəlib.
Army.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bildirib.
O deyib ki, Tehran müharibə, diplomatik mübarizə və iqtisadi təzyiqlərə qarşı yeni strategiya hazırlayıb.
Rezayinin sözlərinə görə, İranın qarşıdakı mərhələdə tətbiq edəcəyi siyasət ölkənin rəqibləri üçün ciddi nəticələr doğura bilər.
“Bu çılğın addımlarla özünüzü saldığınız vəziyyətdən çıxmağınız mümkün olmayacaq. Əksinə, yaxın zamanda İranın müharibə və diplomatiya sahəsində, eləcə də iqtisadi mühasirəyə qarşı mübarizədə formalaşdırdığı yeni strategiyanın sizin dayaqlarınızı sarsıda biləcəyini anlayacaqsınız”, – deyə o bildirib.
