ABŞ Prezidenti Donald Tramp Şahzadə Harri və Meqan Marklın Böyük Britaniyaya qayıtmasını müsbət qarşılayıb.
Army.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Sasseks hersoqu və hersoginyasının ABŞ-dan Britaniyaya dönüşü barədə fikirlərini bölüşüb.
“Mən onların qayıtmasına şadam. Onların pərəstişkarı olmamışam”, – deyə Tramp bildirib.
Xatırladaq ki, cütlük 31 mart 2020-ci ildə Britaniya kral ailəsinin yüksək səviyyəli üzvləri kimi fəaliyyətlərini dayandırıb. Bundan sonra onlar ABŞ-yə köçərək Kaliforniyanın Santa-Barbara şəhərində məskunlaşıblar.
