Ev DünyaMirzoyan ABŞ nümayəndəsi ilə görüşdü: Bakı-İrəvan sülh prosesi gündəmdə olub

Mirzoyan ABŞ nümayəndəsi ilə görüşdü: Bakı-İrəvan sülh prosesi gündəmdə olub

by Baş Redaktor
159 Baxış

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Ari Laytstounu qəbul edib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Trans-Xəzər Müəssisələri Fondunun prezidenti Konstantin Sokolov da iştirak edib.

Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra əldə olunan mühüm irəliləyişləri və nəticələri qeyd ediblər.

banner

Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasının regionun inkişaf imkanlarının tam reallaşdırılması baxımından vacibliyini vurğulayan tərəflər sülh prosesinin daha da möhkəmləndirilməsi üçün mümkün addımları müzakirə ediblər.

Əlaqəli Yazılar Xüsusi