İsrail Baş naziri Binyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza zolağında vəziyyətin tənzimlənməsi çərçivəsində ötən həftə qəbul edilən HƏMAS-ın tərksilahı planına razılıq verməyib.
Army.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.
“Prezident Tramp və ya onun komandası hesab edir ki, HƏMAS-ı tərksilah etməyə və Qəzza zolağını hərbsizləşdirməyə məcbur etmək mümkündür. Biz bu məsələni araşdırırıq. Onlar bizə layihə göndəriblər, lakin biz ona razılıq verməmişik. Bu, bizim layihəmiz deyildi. Biz öz qeydlərimizi və təkliflərimizi göndərmişik”, – deyə Netanyahu videomüraciətində bildirib.
Netanyahu vurğulayıb ki, HƏMAS tam şəkildə tərksilah olunmayana qədər İsrail Qəzzadakı hazırkı mövqelərindən geri çəkilməyəcək.
Məlumata görə, Netanyahu ilə Sülh Şurasının yüksək səviyyəli nümayəndələri arasında keçirilən görüşdən sonra yayılan bəyanatda İsrail qüvvələrinin bölgədən çıxarılması ilə bağlı şərtlərin dəyişdirilməsindən bəhs edilir.
