16
ABŞ Prezidenti Donald Trampın Moskvaya səfəri hələlik müzakirə olunmur.
Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hazırda diqqət noyabrda Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün təmaslara yönəlib.