ABŞ Prezidenti Donald Trampın iyulun əvvəlində Ankaradan qayıdışı zamanı istifadə edəcəyi təyyarənin son anda dəyişdirilməsinin təhlükəsizlik narahatlıqları ilə əlaqəli olduğu iddia edilir.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatı İranla əlaqəli proksi qüvvələrdən qaynaqlana biləcək mümkün təhdidlər barədə məlumat əldə edib.
Administrasiya rəsmiləri həmin məlumatları etibarlı hesab etdikdən sonra ABŞ Məxfi Xidməti təhlükəsizlik tədbirlərini gücləndirib.
Məlumata əsasən, Trampa Qətər tərəfindən hədiyyə edilən yeni təyyarədən istifadə etmək əvəzinə, daha əvvəl istismar olunan “Air Force One” təyyarəsi ilə uçması tövsiyə edilib.
