Ev GündəmRobert Köçəryandan sonra Serj Sərkisyan da saxlanıldı

Robert Köçəryandan sonra Serj Sərkisyan da saxlanıldı

by Baş Redaktor
15 Baxış

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan hazırda ölkənin Antikorrupsiya Komitəsindədir.

Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Sərkisyan binaya daxil olarkən jurnalistlərin onun hansı iş üzrə çağırıldığı barədə sualını cavablandıraraq hələlik bundan xəbərsiz olduğunu bildirib.

Bu hadisə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və onun oğlu Sedrak Köçəryanın Antikorrupsiya Komitəsindəki istintaq tədbirləri çərçivəsində saxlanılmasından sonra baş verib.

banner

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Serj Sarkisyan da daxil olmaqla daha 9 nəfər barəsində Köçəryan işi çərçivəsində ictimai cinayət təqibi başlanıb.

Hazırda Sarkisyanın Komitəyə hansı konkret statusla və hansı epizod üzrə çağırıldığı barədə əlavə rəsmi məlumat açıqlanmayıb.

Əlaqəli Yazılar Xüsusi