Yaponiya, ABŞ və Avstraliya silahlı qüvvələri sentyabr ayında Yaponiyada “Orient Shield” adlı üçtərəfli hərbi təlimlər keçirəcək.
Army.az xəbər verir ki, bu barədə Yaponiya Özünümüdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, təlimlər 8-24 sentyabr tarixlərində ölkənin müxtəlif bölgələrində təşkil olunacaq. Təlimlərdə üç ölkədən ümumilikdə təxminən 3 700 hərbçinin iştirakı gözlənilir. Bu, “Orient Shield” çərçivəsində üçtərəfli iştirak baxımından rekord göstərici olacaq.
Məşqlər zamanı birgə atəş açma, desant qüvvələrinin paraşütlə endirilməsi və qoşunların daşınması kimi ssenarilər üzrə hazırlıq keçiriləcək.
